Lakin artıq bazar ertəsi axşamı Ferrari sosial şəbəkələrdə paylaşım edərək emosiyalarına qapıldığını etiraf edib və gələcəkdə şərhlərində daha təmkinli olacağına söz verib.
Lyuis Həmilton: “Çətin bir uik-end oldu, amma biz Zandfortdan komanda üçün vacib xallarla və düzgün istiqamətdə irəlilədiyimizi göstərən əlamətlərlə ayrıldıq.
Bazada çalışan, yeniliklər hazırlamağa, əlavə sürət tapmağa və irəliləməyimizə kömək etməyə davam edən hər kəslə sonsuz qürur duyuram. trasda çalışan bütün komandaya da təşəkkür edirəm. Sizin fədakarlığınız və əməyiniz heç vaxt diqqətdən kənarda qalmır.
Hələ görüləsi çox işimiz var, xüsusən də sıralanma turundakı sürət baxımından, amma biz işləməyə, öyrənməyə və birlikdə daha yaxşı olmağa davam edəcəyik.
Bəzi radio danışıqlarıma və televiziya şərhlərimə yenidən baxdım. Yarışın qızğın anlarında emosiyalar və qıcıq bəzən üstün gəlir, xüsusən də komandanın taleyi sənin üçün bu qədər önəmlidirsə. Amma həmin anda özümü ən yaxşı tərəfdən göstərə bilmədim. Səhvimi etiraf edirəm və bunun bir daha təkrarlanmaması üçün çalışacağam.
Bu emosiyalar ona görə yaranır ki, mən komandaya, burada çalışan insanlara və birlikdə qurduqlarımıza inanıram. Düzgün istiqamətdəyik, uğura inamımız qalır və biz sona qədər mübarizə aparmaq əzmindəyik.
Bizi və məni dəstəkləməyə davam etdiyiniz üçün təşəkkür edirəm. Biz inkişaf etməyə, işləməyə, mübarizə aparmağa və irəli getməyə davam edəcəyik. Biz hələ özümüzü göstərəcəyik”.





