L.Həmilton: Maksla qəza etməyəcəm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Maks Ferstappenlə qəza yaşamamaq üçün əlindən gələni edəcək.

F-1.az xatırladır ki, McLaren komandasının rəhbəri Zek Braun iki sürücünün tezliklə qəza edəcəyini demişdi.

Lyuis Həmilton: “Məncə, qəzalardan qaçmaq üçün əla manevrlər etmişəm. Qabaqda 19 yarış var və təmas yaşaya bilərik. Ümid edirəm ki, belə hal yaşanmaz. Əsas odur ki, aramızda hörmət var. Bəlkə də, o, özünü sübut etmək istəyir. Əgər belədirsə, mən onun kimi düşünmürəm. Mən növbəti yarışlar barədə də düşünürəm. Bu, marafondur, qısa yarış məsafəsi deyil. Şəxsən mən belə düşünürəm. Nəticələrim doğru düşündüyümü göstərir. Mən təmas etməmək üçün əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*