E.Okon Alonsoya ümid edir

Alpine komandasının sürücüsü Esteban Okon ümid edir ki, sabahkı startda Alonso aləmi qatacaq və o da qalib gələcək.

F-1.az xatırlaıdr ki, fransalı sürücü sıralanma turunun bitməsinə bir neçə dəqiqə qalmış 1.11.553 zaman nəticəsi ilə müvəqqəti poulda idi. Lakin daha sonra Lekler, Alonso və Ferstappen onu qabaqlayıblar və Okon yekunda dördüncü olub. Ancaq o, Şarl Leklerin cəriməsindən sonra yarışa 3-cü yerdən start verəcək.

Esteban Okon: “Mayamidən dərs aldıq. Orada gecikdik və Şarl Leklerə görə qırmızı bayraqlar çıxdı. Bu dəfə bu problemdən qaçmaq istədik. İki dəst təkərlə tez çıxmaq istədik və elə də etdik. Heyif ki, qırmızı bayraq olmadı. Çıxsa işimizə yaraya bilərdi. Bunu düşünürdük.

Pouldan sadəcə 188 millisaniyə geridə qaldım. Buna görə də gec çıxsam nələr olardı deyə düşünürəm. Daha yaxşı başlasam, son döngələrdə təkərlər daha yaxşı temperaturda olardı, ancaq nə olacağını heç vaxt bilməzsiniz. Məncə, hər şeyi çox yaxşı idarə etdik.

Mənə hər dəfə deyirdilər ki, bir sürücü finiş xəttini ekçib və dövrəvi nəticəni təkmilləşdirib. Poulda olsam da, sonra gerilədiyimi gördüm. Buna görə özümü pis hiss edirəm. Red Bull-a sadəcə 0.2 saniyə uduzduğumuz üçün sevinə bilərik.

Fernando yarışa ikinci yerdən başlayacaq və ilk döngədən sonra lider olmaq üçün əlindən gələn riskləri alacaq. Ümid edirəm ki, orada xaos yaradar və bu da bizim önümüzü açar”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*