17 Sentyabr 2019, Çərşənbə axşamı - 23:57

Renault ikinci versiya şassini hələ gətirmir

Renault ikinci versiya şassini hələ gətirmir

Müəllif: Rauf Hacıyev, redaktor

19:39 - 14 İyun, 2019

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Fransa yarışına ikinci versiya maşınla gəlməyəcəklər.

F-1.az xatırladır ki, “sarılar” sonuncu Kanada yarışında 6-cı və 7-ci yeri tutaraq, bu mövsümki ən yaxşı nəticələrini qazanıblar. Fransızlar ev yarışlarına çoxlu yeniliklər gətirəcək. Əksəriyyət bu yeniliklərin ikinci versiya bolidə xas olduğunu düşünsə də, Abitebul bunu təkzib edib: “Çox şişirtməyin. Geridönüş planımızın ikinci hissəsi olacaq. Haas da yeniliklər gətirəcək və Pol Rikar kimi trasda sürətli olacaqlar. Lakin artıq mühərriyə tələbkar traslarda narahat deyilik. Danieldəki kimi üzüm gülür. Kanadada istədiyimiz nəticəni qazandıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 88
Teqlər ,
Paylaş

logo