O.Safnauer: Hədəfimiz iki maşınla xal almaqdır

Alpine komandasının rəhbəri Otmar Safnauer bildirib ki, Əbu Dabidəki hədəfi iki maşınla birdən xal almaqdır.

F-1.az xatırladır ki, Alpine komandası dördüncü yer uğrunda mübarizədə əsas rəqibi McLaren-i 19 xal qabaqlayır.

Otmar Safnauer: “Bu həftəsonu hədəflərimizə çatmaq üçün iki maşınla da xal almalıyıq. Mühəndislər Kubokunda mübarizə hələ də çox yaxındır. Düzdür, üstünlüyümüz böyükdür, amma heç nə bitməyib. Diqqətimizi qorumalı və cümə günü yaxşı hazırlanmalıyıq.

Mövsüm uzun çəkdi və komandadakı hər kəs tətilə layiqdir. Əbu Dabi yarışının nəticəsini görmək üçün səbirsizlənirəm.

Bu mövsüm alpine komandasına liderlik etmək mənim üçün şərəf idi. Komandaya gələndən onların istedadını və potensialını gördüm. Məqsədimiz maksimum nəticələr əldə etmək idi. 2022-ci ildə Loren Rossinin açıqladığı “100 yarışda zirvəyə qalxmaq” proqramına başladıq. İndi isə mövsümü bitirmək və daha sonra hədəflərə çatmaq üçün işləmək vaxtıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*