F.Alonso idmana niyə qayıdıb?

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, idmana qayıtma səbəbi 2022-ci ildəki idman reqlamenti olub.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu 2018-ci ildə karyerasını bitirmişdi, amma bu il Alpine ilə yenidən idmana qayıtdı. İlk yarışlarda bolidə uyğunlaşmaqda çətinlik çəkən ispaniyalı pilot, Azərbaycan yarışından etibarən bütün yarışlardan xal ala bildi.

Alonsonun bu performansından təsirlənən Alpine komandası təcrübəli pilotla müqaviləni daha 1 il uzadaraq, ona şans verdi.

Fernando Alonso: “Sadəcə bizim üçün yox, mexaniklər üçün də fasilə vermək vacib idi. Komandadakı hər kəsin buna ehtiyacı var idi. Macarıstan komanda üçün gözəl yarış idi. Buna görə də yaxşı əhval-ruhiyyə ilə tətilə getdik. Üçhəftəlik tətilin ilk həftəsində tətilə getdim. Son iki həftədə isə idmana başladım. Bir az da kartinqdə yarışdım. İspaniyada idim. Yay tətili çox gözəl idi. İndi isə çempionatın ikinci hissəsinə hazıram.

Yeni müqaviləni imzalamaq uzun çəkmədi. Çünki idmana 2022-ci il reqlamentinə görə qayıtmışdım. Amma komanda da sizə güvənməlidir. Müqaviləmiz də 1+1 illik opsiyon şəklində idi. Yəni ki, hər iki tərəf də ortaq fikirdə olmalı idi. Komandadan razıyam və geri qayıtdığım üçün xoşbəxtəm. Qərar vermək üçün bir neçə dəqiqə lazım oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*