F.Alonso: İndiki azarkeşlər heç nə bilmirlər

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, müasir Formula1 fanatlarında mədəniyyət yoxdur.

F-1.az xatırladır ki, Liberty Media 2017-ci ildə idmanı satın aldıqdan sonra müxtəlif platformalar vasitəsilə Formula1-in populyarlaşdırmağa çalışırlar. Amerikanlar buna nail olsa da, sosial mediada və tribunalarda hər sürücünün öz qruplaşması əmələ gəlib.

Fernando Alonso: “Mənə qarşı yanaşmanın vaxt keçdikcə dəyişdiyini düşünürəm. Bəlkə də, 2007-ci ildə insanlar məni pis adam kimi tanıyırdılar. Daha sonra Ferrari-də yarışanda bu dəyişdi. Onlara yaxşı uyğunlaşdım.

Yeni fanatlara hörmət etmək istəmirəm. Formula1 barədə az şey bilirlər. Daha çox futbol azarkeşlərini xatırladırlar. Sadəcə nəticəyə baxırlar. Qalib gələn sürücünü ən yaxşı, sonuncunu isə ən zəif qəbul edirlər. Bolid performansından başları çıxmır.

Yaxşı həftəsonu keçirəndə peyğəmbər elan olunursunuz, pis yarışanda ya qoca ya da çox gənc olursunuz. Deyəsən indi azarkeşlər ancaq yarışdan-yarışa baxırlar. Artıq əvvəlki kimi Formula1 mədəniyyəti yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*