Rassell mühərrikin nə vaxt daha bir dəfə dəyişdiriləcəyini açıqlayıb

Corc Rassell Sinqapurda güc qurğusunun dəyişdirilməsinə görə aldığı cərimə səbəbindən 19-cu yerdən start alıb, lakin bu mövsüm onun üçün güc qurğusunun dəyişdirilməsinə görə sonuncu cəza deyil. Mercedes sürücüsü daha əvvəl də demişdi ki, onun güc qurğusu bir daha dəyişdiriləcək və Sinqapur həftəsonundan sonra bunun böyük ehtimalla hansı mərhələdə baş verəcəyini açıqlayıb.

Corc Rassell: “Böyük ehtimalla, bu, artıq mövsümün sonuna yaxın baş verəcək. Ola bilsin ki, Las Vegas mərhələsində, amma hər halda hansısa məqamda dəyişiklik etməyə məcbur qalacağıq.

İndi güc qurğusunun komponentlərini nə vaxt dəyişəcəyimizi və buna görə cəza alacağımızı özümüz seçə bilirik. Buna görə də ötmənin daha asan olduğu trası seçməyə çalışacağıq”.

, ,