C.Rassell: McLaren-ə yaxınıq

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, hazırda temp cəhətdən McLaren-ə yaxındırlar.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 18-ci yerdən başlasa da, yekunda 6-cı ola bilib.

Corc Rassell: “Bu doğrudan da gözlədiyimizdən də yaxşı nəticədir. Strateqlər yarışdan əvvəl demişdilər ki, 11-ci ola bilərik. Lakin hər şeyi doğru etsək 7-cilik mümkün idi. Yekunda 6-cı olduq. Bizdən 12 yer öndə başlayan iki Ferrari-ni qabaqladıq. Nəticədən razıyam.

Bu bolidin sürətindən qaynaqlanır. Bolid doğrudan da sürətli idi. Bu tras mənim favoritlərimdən biridir. Komanda olaraq burada əksər hallarda yaxşı nəticə göstəririk. Buna görə buradakı sürətimiz məni təəccübləndirmədi.

Sıralanma turunda bir az məyus idik, çünki Lyuislə eyni səviyyədə ola bilərdik. Əgər komanda olaraq ilk iki yeri tutursunuzsa, o zaman dinamiklər dəyişir. Bəli, əlimizdən kiçik fürsət qaçdı, amma yenə də çempionatda ikinci yerimizi möhkəmləndirdik.

McLaren hazırda bir balaca öndə görünür. Daha çox Landonun timsalında… Lando doğrudan da əla işləyir. Bu il Oskarın performansı da təsiredicidir. Bütün mövsüm ərzində bir səhv etməyib. Bir debütanta görə yaxşı nəticədir.

Əminəm ki, tezliklə Landonun səviyyəsinə çatacaq. Belə olan halda McLaren əsl təhdid olacaq və onları mövsümün sonuna qədər arxamızda tutmaq üçün üstünlüyümüz var.

Uzun sözün qısası, McLaren-lə oxşar tempə sahibik. Hazırda sürət cəhətdən ikinci yerdəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*