Belçika-2017: İkinci sərbəst yürüşlər

Spada tribunalar artıq cümə günündən dolub. Eynilə, tras da boş qalmayıb - komandalar gətirdikləri çoxsaylı yenilikləri intensiv proqramla yoxlamağa davam ediblər.

F-1.az bildirir ki, Massa ikinci sessiyada iştirak etməyib. Komanda nahardan əvvəl qəzaya uğrayan braziliyalı sürücü üçün yeni şassi yığmalı olub və texniki təftişdən keçmək lazım gəlib. Felipenin sabah səhərki məşqlərdə iştirak edəcəyi gözlənilir.

Rikkardo güc qurğusunda problemlə qarşılaşıb. Lakin komanda operativ işləyib və avstraliyalı sürücü proqramına davam edə bilib. Eriksson maşının altlığı dəyişildiyi üçün xeyli vaxt itirib. Sürücülər sessiyanın əvvəlində UltraSoft təkərlərlə qısa dövrələr vurublar. Sonra isə aşınmanı qiymətləndirmək üçün uzun məsafələr qət etməyə başlayıblar. Lakin son 20 dəqiqədə yağan yağış buna mane olub. Alonso və Rikkardo yağışda trasa çıxıblar, lakin su çox olduğundan boksa qayıtmalı olublar.

Həmilton protokollara başçılıq edib – 1:44.753. Bu nəticə Trullinin 2009-cu ildə trasın rekordunu müəyyən etdiyi nəticəyə 0.253 saniyə uduzur. Məşqlər sabah səhər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:44.753 17
2 7 Kimi Rəykkönen Ferrari 1:45.015 + 0:00.262 21
3 77 Valtteri Bottas Mercedes AMG 1:45.180 + 0:00.427 17
4 33 Maks Ferstappen Red Bull 1:45.225 + 0:00.472 16
5 5 Sebastyan Fettel Ferrari 1:45.235 + 0:00.482 20
6 3 Daniel Rikkardo Red Bull 1:46.072 + 0:01.319 15
7 27 Niko Hülkenberq Renault 1:46.441 + 0:01.688 24
8 31 Esteban Okon Force İndia 1:46.473 + 0:01.720 19
9 55 Karlos Sayns Toro Rosso 1:46.561 + 0:01.808 19
10 30 Colion Palmer Renault 1:46.670 + 0:01.917 23
11 14 Fernando Alonso McLaren 1:46.743 + 0:01.990 20
12 11 Serxio Peres Force İndia 1:46.984 + 0:02.231 18
13 8 Roman Qrojan Haas 1:47.285 + 0:02.532 15
14 2 Stoffel Vandorn McLaren 1:47.303 + 0:02.550 17
15 26 Daniil Kvyat Toro Rosso 1:47.450 + 0:02.697 12
16 20 Kevin Maqnussen Haas 1:47.556 + 0:02.803 15
17 18 Ləns Stroll Williams 1:47.861 + 0:03.108 13
18 9 Markus Eriksson Sauber 1:49.214 + 0:04.461 12
19 94 Paskal Verlyayn Sauber 1:49.725 + 0:04.972 18
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*