L.Həmilton: McLaren-i hələ də izləyirəm

Mercedes komnadasının sürücüsü Lyuis Həmilton idmanda debüt etdiyi McLareni unutmayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2007-ci ildə McLaren ilə Formula1-də debüt etmiş və burada 2012-ci ilə qədər çıxış etmişdi. Lakin belə görünür ki, yeddiqat Dünya Çempionu sabiq komandasını unutmayıb.

Lyuis Həmilton: “Davamlı McLaren-i izləyirəm və nəticələrinə baxıram. Karyerama orada başlamışam və buna görə də rəqib belə olsaq, onlara uğur arzu edirəm. McLaren-i arxa cərgələrdə görmək məni məyus edir, çünki ilk sürdüyüm Formula1 bolidi McLaren olub.

İndi çətin zamanlar keçirirlər, çünki ön tərəfəd yarışmağa gücləri yoxdur. Həmişə onların yaxşı nəticə qazanmasını istəyirəm. Ümid edirəm ki, gələn il güclənərlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*