N.Rosberq Laureus mükafatını qazanıb

Formula1-in son dünya çempionu "İlin yüksəlişi" nominasiyasının qalibi olub.

F-1.az xəbər vermişdi ki, nüfuzlu Laureus World Sport Awards mükafatına Niko Rosberq “İlin yüksəlişi”, Mercedes AMG isə “İlin komandası” nominasiyasında namizəd göstərilib. Artıq mükafatlandırma mərasimi baş tutub və Niko Rosberq öz nominasiyasının qalibi olub. Ona mükafatı 1972-ci və 1974-cü illərin dünya çempionu Emerson Fittippaldi təqdim edib.

Rosberq bu nominasiya üzrə qalib gələn beşinci Formula1 pilotudur. Xuan Pablo Montoya 2002-ci, Lyuis Həmilton 2008-ci, Censon Batton 2010-cu və Daniel Rikkardo 2015-ci illərdə bu mükafatı qazanıblar.

Digər nominasiyala gəldikdə, atlet, səkkizqat olimpiya çempionu Useyn Bolt dördüncü dəfə “İlin idmançısı”  nominasiasının qalibi olub və Rocer Federerə çatıb. Xatırladaq ki, bu nominasiya üzrə də qalib gələn Formula1 pilotları var – Mixael Şumaxer 2002-ci və 2004-cü illərdə, Sebastyan Fettel isə 2014-cü ildə azarkeşlərini sevindiriblər.

“İlin qadın idmançısı” amerikalı gimnast, dördqat olimpiya çempionu Simona Baylz, “İlin komandası” Chicago Cubs beysbol klubu, “İlin qayıdışı” əfsanəvi üzgüçü Maykl Felps, “İlin əlil idmançısı” italyan qılıncoynadan Beatris Vio, “İdamın ruhu” İngiltərə Premyer Liqasının son qalibi Leicester City klubu, “İlin alternativ idman adamı” isə Reyçel Aterton seçiliblər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*