Nuvei Mercedes-in yeni tərəfdaşıdır

Elektron ödənişlərin işlənməsi üzrə ixtisaslaşmış Kanadanın maliyyə xidmətləri şirkəti Nuvei Mercedes komandası ilə çoxillik müqavilə imzalayıb.

F-1.az bildirir ki, Nuvei loqoları Mercedes sürücülərinin və mexaniklərinin dəbilqələrində və kombinezonlarında, həmçinin komanda formalarında əks olunacaq.

Toto Volff: “Mövsümün başlamazdan əvvəl Nuvei-ni uzunmüddətli tərəfdaş kimi salamlamaqdan məmnunuq. Şirkət öz sahəsində lider kimi nüfuza və dünya bazarlarında mövcudluğa malikdir.

Onların innovasiya vasitəsilə mükəmməlliyə sadiqliyi bizim dəyərlərimizə uyğundur. Buna görə də biz uğurlu əməkdaşlığı və uğur qazanmaq üçün iş üsullarımız arasında oxşarlıqlar tapmağı səbirsizliklə gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*