“Yarışı çox inamlı keçirmişik və komanda hər cür tərifə layiqdir! – deyə Mekis Sky Sports-un efirində bildirib. – Hamı həmişə çox dəqiq və uzlaşmış şəkildə işləyib, baxmayaraq ki, yəqin, ilin əvvəlində maşınımız o qədər də sürətli olmayanda bu, elə də nəzərə çarpmayıb. Amma bu uik-enddə hamı sadəcə qüsursuz çalışıb.
Ancaq bundan da vacibi odur ki, Milton Kinsdəki bazamızda çalışan bütün bölmələr maşınımızın ümumi səmərəliliyini artıra bilib – söhbət həm şassidən, həm güc qurğusundan gedib, eyni zamanda bütün dəstək xidmətlərinin işini də qeyd etmək lazımdır.
Bütün kollektivin səyləri sayəsində biz sürətlənə bilmişik və bu gün ən müxtəlif konfiqurasiyalı traslərdə yüksək nəticələr uğrunda mübarizə apara bilirik, bu isə komandamızın gücündən xəbər verir”.
Mekisdən mövsümün qalan mərhələləri ilə bağlı gözləntiləri soruşulanda o deyib: “Biz hər yarışa ayrıca yanaşmaq niyyətindəyik, amma komanda işinin öhdəsindən yaxşı gəlsə, yüksək nəticələrə, o cümlədən qələbələrə iddialı olmalıyıq.
Bununla belə, biz artıq bu maşını modernləşdirməyi planlaşdırmırıq, ona görə də görək, rəqiblər hansısa yenilikləri tətbiq etməyə davam edəcəklərmi. Hər halda, növbəti ilə hazırlıq prosesində bütün bunlar işimizə yarayacağı üçün məlumat toplamaq baxımından istənilən imkandan istifadə etmək niyyətindəyik.
Biz başa düşürük ki, üzərində işləməli olduğumuz məqamlar var, o cümlədən startlar baxımından bizi etalon saymaq olmaz – bunun öhdəsindən ən yaxşı Ferrari gəlir. Amma Maks bu gün Scuderia-nın iki maşınının önündən start alıb və komanda ilə birlikdə kifayət qədər uğurlu çıxış edib, liderliyini də qoruya bilib. Bu isə yarışın çox vacib hissəsi idi”.





