Lyuis Həmilton: “Sıralanma turunun daha bir çətin finalı alınıb, buna görə də Maksı təbrik edirəm – o, işinin öhdəsindən əla gəlib.
Sıralanma turundan əvvəl sazlamalarda bəzi dəyişikliklər etmişdik, bunun sayəsində maşın daha yaxşı idarə olunub və mən onun gizli potensialını hiss etmişəm. Hər dövrədə daha çox hücum etmişəm – sıralanma turunun birinci və ikinci sessiyaları əla alınıb. Amma finalda birinci və üçüncü döngəlarda maşın sürüşüb, bu da iki onda bir itirməyimə səbəb olub. Dövrənin qalan hissəsi yaxşı alınıb.
Son sürətli dövrədə maşın yenidən sürüşüb. Düşünürəm ki, bizim maşında “həddi aşmaq”la “kifayət qədər sürətli keçməmək” arasında çox incə bir sərhəd var. Yəqin ki, sıralanma turunun ilk iki hissəsində maksimumu sıxa bilmişəm, amma asfaltın vəziyyətinin yaxşılaşmasını və ilişmənin artmasını da nəzərə almaq lazım idi. İndi düşünürəm ki, finalda bu qədər güclü hücum etməməli idim. Nəticədən razı qaldığımı deyə bilmərəm.
Digər tərəfdən, Red Bull əla iş görüb. Onlarda təkcə mükəmməl mühərrik yox, həm də yaxşı maşın var. Güclü komandaları var və Bakıya gətirdikləri yeniliklər sayəsində yenidən liderlər sırasına qayıdıblar.
Hər halda, Ferrari üçün bu, yaxşı nəticədir – hər iki maşın ilk iki cərgədədir. Ümid edirəm ki, sabah komanda kimi işləyəcəyik və Maksın fərqlənib uzaqlaşmasına imkan verməyəcəyik, ona təzyiq göstərəcəyik. Uğur qazanmaq üçün yeganə şansımız budur. Əminəm ki, Maks yarışda sürətli olacaq, amma birlikdə hərəkət etsək, kim bilir? Baxarıq, onu qabaqlamaq mümkün olacaqmı”.





