T.Volff: “Həmiltonu susdurmayacayıq”

Mercedes komandası bildirib ki, Malayziya yarışından sonra ortalığı qarışdıran açıqlamalar verən Həmiltonu susdurmayacaqlar...

F-1.az xatırladır ki, son iki mövsümün Dünya Çempionu Həmilton Malayziya yarışında qələbəyə doğru getsə də, yarışın bitməsinə 16 dövrə qalmış mühərriyi partlamışdı. Bu insidentdən sonra jurnalistlərə müsahibə verən Həmilton komandadan açıqlama istəmişdi. Hətta britaniyalı sürücü açıqlamalarının birində demişdi ki, bəziləri onun çempion olmasını istəmirlər.

Toto Volff: “O cür insidentdən sonra hər açıqlamaya və hər cavaba icazə var. Yarışda lider gedirsiniz və turnir cədvəlində önə keçməyə yaxınsınız. Mühərriyiniz partlayır və sizə mikrofon uzadırlar. O, fikirlərini ifadə etməkdə sərbəstdir. Emosiyalar üzə vurur və bu da labüddür. Hamımız məyusluğumuzu fərqli şəkildə dilə gətirdik.

Bu problemlər üçün heç bir açıqlama yoxdur. Bu hadisələrdən sonra bir yerə toplandıq və bunların necə baş verdiyini sorğuladıq. Məntiqli bir açıqlama yoxdur və bu doğrudan da pisdir. Hadisələrin üzərindən bir az vaxt keçdikdən sonra hadisələri yenidən izlədik və problem qalmadı. Hadisə yeni baş verəndə dediyi sözlər problem deyil. Komanda keçmişdə bu cür vəziyyətlərdən daha güclü ayrıldı. Məsələn, 2015-ci il Sinqapur yarışı.

Qaraja gələn kimi Brədli, Niki və mənimlə danışdı. Daha sonra bütün mexaniklərlə danışdı və ən sonda kiçik bir toplantı etdik”.

Volff əlavə edib ki, Həmilton bütün komandanı motivasiya etmək üçün açıqlamalar verib: “Həmilton məyus olsa da, komandaya motivasiya verdi. Bunu ancaq ən güclülər edə bilər. O cür vəziyyətdə bütün mexaniklərə və mühəndislərə növbəti yarışlar üçün motivasiya vermək, onları cəsarətləndirmək… Bunu etdi və doğrudan da mükəmməl idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*