D.Hill: “Mercedes ehtiyatlı olmalıdır”

Formula1 üzrə 1996-cı ilin Dünya Çempionu Deymon Hill bildirib ki, Mercedes komandası Həmiltonun çılğınlığını yola verməlidir.

F-1.az xatırladır ki, Həmilton əyləncəli həyat yaşamağı xoşlayır. Gününü fərqli ölkələri gəzməklə və dostları ilə əylənməklə keçirməyə üstünlük verən britaniyalını idman mütəxəssisləri bu hərəkətlərinə görə daim tənqid edirlər.

Deymon Hill: “Lyuis coşqun bir canavardır. “Bəsdirin! Bunu etmək istəmirəm!” – deyə bilər. Bunu bütün sürücülər deyə bilər, amma Lyuis kimi istədikləri yerə getmək seçimləri yoxdur. Çox güclüdür. Mercedes ona işini görməsi şərait yaratmalıdır. Əgər işlər onun üçün yaxşı getməsə, o, komandadan gedə bilər.

Totonun Əbu Dabidən sonra sürücülərə qayda qoymaqla bağlı sözləri böyüdülsə, Lyuis komandadan gedə bilər.

Əgər Mercedes də ona Ron Dennis kimi qaydalar qoysa, McLaren-i tərk etdiyi kimi Mercedes-dən də gedər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*