E.Cordan: Həmilton taxtdan düşür

Sabiq komanda rəhbəri Eddi Cordan düşünür ki, Corc Rassell yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu taxtdan salıb.

F-1.az xatırladır ki, gənc Rassell bu il həm sıralanma turunda, həm də yarışda Həmiltonu üstələyir. Düzdür, bəzi yarışlarda Həmiltonun bəxti gətirməyib. Amma əksəriyyət Rassellin daha yaxşı olduğunu düşünür. Bunlardan biri də Formula1-də saç-saqqal ağartmış Eddi Cordandır: “Məncə, hamı düşünür ki, Formula1-dəki ən yaxşı pilot Həmiltondur. Amma artıq elə deyil, çünki Rassell onu taxtından endirib. Bunu görmək maraqlıdır və görək Lyuis nə edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*