18 Sentyabr 2019, Çərşənbə - 05:12

L.Həmilton Ferrari-yə keçir?

L.Həmilton Ferrari-yə keçir?

Müəllif: Rauf Hacıyev, redaktor

14:10 - 09 Mart, 2019

Sky Sport kanalının Formula1 şərhçisi Deyvid Kroft düşünür ki, əgər Ferrari güclü maşın istehsal etsə, Həmilton “qırmızılar”ın heyətinə qatıla bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə müqaviləsi gələn ilin sonunda bitəcək.

Deyvid Kroft: “Həmiltonu Ferrari-də görmək gözəl olmazdımı? Bu, ola bilər. Əminəm ki, Lyuis bu barədə çox düşünüb. Əgər Ferrari-nin maşını güclü olsa, bu, baş verə bilər.

Maks Ferstappen də getdikcə güclənir. Pyer Qasli onun komanda yoldaşı olacaq və Honda mühərrikləriylə ilk dəfə yarışacaqlar. Üç komandadakı 6 sürücü də yarış qazanmaq üçün lazımi istedada sahibdir. Azarkeşlər də bunu görmək istəyirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 886
Teqlər , ,
Paylaş

logo