S.Fettel: “Şikanada poulu əldən verdim”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, İspaniyada son şikanda səhv edərək poulu əldən verib.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilk iki sektorda əsas rəqibi Həmiltondan sürətli olsa da, son sektorda etdiyi səhv üzündən 0.051 saniyə fərqlə poulu əldən verib. Bundan sonra Fettel radioda, – “poul mənim əlimdə idi”, – deyərək təəssüflənmişdi.

Sebastyan Fettel: “Uzun müddətdir ki, buraya gəlirəm. Çox dövrə vurdum, amma sonuncü şikana hələ də çox çətindir. Sıralanma turunun son sessiyasındakı ilk cəhdimdən narazıyam. Daha yaxşı dövrə vurduğumu sanırdım. İkinci cəhdim isə son şikanaya qədər yaxşı idi. Lyuislə çox yaxın idik. Onu təbrik edirəm”.

Qeyd edək ki, üçüncü sərbəst yürüşlərdən sonra Fettelin mühərriyində su sızıntısı problemi yaranmış və komanda sıralanma turuna qədər mühərriyi dəyişdirmişdi.

Sebastyan Fettel: “Komandama da təşəkkür edirəm, çünki son dəqiqədə mühərriyi dəyişdirməli olduq və mexaniklərimiz bolidi son anda hazır edə bildilər. Mənim mexaniklərimə Kiminin mexanikləri kömək etdi. Təşəkkür edirəm. İnanılmaz idi. İki saatdan qısa müddətdə mühərriyi dəyişdirdilər. Bolidin üstünü açanda görməli idiniz. Hər şey çıxarılmışdı və çıxarılanları yenidən taxmaq lazım idi. Məni vaxtında trasa buraxmaqları mükəmməl idi. Onlar üçün poulu qazanmaq əla olardı, lakin ümid edirəm ki, sabah yaxşı yarış keçirərik.

Biz bura çoxlu yeniliklər gətirmişik. Bəzilərini görsəniz də, bəzilərini görə bilmirsiniz, ancaq bolidimiz yaxşı vəziyyətdədir. Dünən yeniliklərin təsirini hiss etdim. Bu gün də onların təsirini gördük. Bəlkə bir az da güclü ola bilərdik, amma bu gün özümü daha yaxşı hiss etdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*