K.Sayns: Çox şey öyrəndim

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, çempionluğu qazanmaq ehtimalı həm uzaq, həm də yaxındır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən mövsümü 5-ci yerdə bitirib.

Karlos Sayns: “Bu həm yaxın, həm də uzaq ehtimaldır. Yaxındır, çünki dünyanın ən yaxşı komandalarından birindəyəm, amma Formula1-də komandaların və sürücülərin səviyyəsi yüksəkdir. Arzum odur ki, ən güclü bolidlərdən birinə sahib olaq və bundan faydalanaq.

Bu il ilk dəfə rəqabətədavamlı bolidimiz oldu və buna görə çox şey öyrəndim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*