Fransa-2022: İkinci sərbəst yürüşlər

Sessiyanın əvvəlində asfaltın temperaturu bir neçə dərəcə aşağı düşüb, lakin yenə də çox isti olub.

F-1.az bildirir ki, Red Bull və Ferrari komandaları ilk 10 dəqiqədə sürücülərini trasa göndərməyiblər, digərləri isə dərhal boksları tərk ediblər. Mexaniklər Saynsın maşını üzərində işlədiklərindən, o, daha çox vaxt itirib.

McLaren və AlphaTauri ilk məşqlərdə yenilikləri yalnız Rikkardo və Qaslinin maşınına qoymuşdular, bu dəfə isə komandaların hər iki sürüücüsü onları yoxlamaq şansı əldə edib. Bu komandalar yeniliklərdən razı qalsalar da, Alpine şübhəli olub və buna görə də, testləri yenilikləri sınaqdan keçirmək istiqamətində davam etdirib.

Sürücülər öncə Hard və Medium təkərlərlə uzun dövrələr vurublar, daha sonra isə Soft təkərlərlə sürətli dövrələr üzərində işləyiblər, son dəqiqələrdə isə yenə sərt tərkiblərə qayıdıblar – təkərlərin aşınması bu həftəsonu da vacib amil olacaq.

Sessiya sakit keçib. Şumaxer düzlükdə yerində fırlanıb və təkərləri yandırıb. Maqnussen ikinci döngədə asfaltdan çıxıb, amma maşın zədələnməyib. Protokollara 1:32.527-lik nəticə ilə Karlos Sayns başçılıq edib. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:32.527 21
2 16 Şarl Lekler Ferrari 1:32.628 + 0:00.101 21
3 1 Maks Ferstappen Red Bull 1:33.077 + 0:00.550 16
4 63 Corc Rassell Mercedes 1:33.291 + 0:00.764 19
5 44 Lyuis Həmilton Mercedes 1:33.517 + 0:00.990 22
6 4 Lando Norris McLaren 1:33.607 + 0:01.080 21
7 10 Pyer Qasli AlphaTauri 1:33.906 + 0:01.379 23
8 20 Kevin Maqnussen Haas 1:33.928 + 0:01.401 23
9 3 Daniel Rikkardo McLaren 1:33.984 + 0:01.457 22
10 11 Serxio Peres Red Bull 1:34.060 + 0:01.533 15
11 14 Fernando Alonso Alpine 1:34.259 + 0:01.732 23
12 77 Valtteri Bottas Alfa Romeo 1:34.264 + 0:01.737 26
13 5 Sebastyan Fetteı Aston Martin 1:34.420 + 0:01.893 26
14 22 Yuki Tsunoda AlphaTauri 1:34.540 + 0:02.013 24
15 18 Ləns Stroll Aston Martin 1:34.595 + 0:02.068 25
16 31 Esteban Okon Williams 1:34.653 + 0:02.126 22
17 24 Quanyu Çjou Alfa Romeo 1:34.654 + 0:02.127 25
18 31 Esteban Okon Alpine 1:34.660 + 0:02.133 25
19 47 Mik Şumaxer Haas 1:35.195 + 0:02.668 21
20 6 Nikolas Latifi Williams 1:35.412 + 0:02.885 26
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*