McLaren-in problemləri davam edir

Dünən Pol Rikar trasında keçirilən Pirelli yağış təkər testlərinin ilk günündə McLaren Honda komandası yenə də mühərrik problemi yaşayıb.

F-1.az xatırladır ki, dünən Ferrari, McLaren və Red Bull komandaları Pirelli-nin yağış təkərlərini təkmilləşdirmək üçün 2 günlük testlərə başlayıblar. Hər 3 komanda da heç bir dəyişiklik edilməmiş 2015-ci il bolidləri ilə bu testlərdə iştirak edir.

McLaren komandasının ehtiyat sürücüsü Stoffel Vandorn McLaren MP4-30 ilə 87 dövrə vurub. Amma Honda mühərriki testlərin ortasında dayanaraq, McLarenin ilk gün üçün planlaşdırdığı proqramı yarıda qoyub.

Vandorn bu barədə fikirlərini bildirib: “Komanda məndən niyə dayandığımı soruşdu. Mən də cavabında mühərrikdə problem olduğunu dedim. Bu problemdən sonra 1-ci gün bizim üçün bitdi.

Bu gün digər komandalar da keçən mövsüm istifadə etdikləri mühərriklərdən istifadə etdilər. Bizim mühərrikin neçə km məsafə qət etdiyi barədə məlumatım yoxdur. Bu gecə proqramımızda bəzi dəyişikliklər edəcəyik, amma bu problem bizim test proqramımıza təsir etdi”.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*