C.Herbert: “Ferrari Həmiltona söz verməlidir”

Sky Sport-un Formula1 təhlilçisi Conni Herbert bildirib ki, Lyuis Həmilton Ferrrari-yə gedəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə olan müqaviləsi 2020-ci ilin sonunda başa çatacaq və altıqat Dünya Çempionunun Ferrari-yə keçəcəyi ilə bağlı iddialar artır.

Conni Herbert: “Bunu xəyal edirəm və hər sürücü bu barədə düşünür. Ancaq Lyuis kimi sürücü ancaq yarış və Dünya Çempionluğu qazanarsa, bu barədə düşünər. Ferrari ona güclü maşın düzəldəcəklərinə söz verməlidir.

Görək gələn il müqaviləsi bitdikdən sonra nə qərar verəcək. Ancaq Lyuisi qırmızı geyimdə görmək gözəl olmazdımı? Belə olsa, hamı sevinər və məncə, Lyuis də orada yarışmaq istəyər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*