Ş.Lekler: Gözləmirdik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Britaniyada bu qədər güclü olmağı gözləmirmiş.

F-1.az xatırladır ki, monakolu sürücü yarışa 4-cü yerdən başlasa da, startda Bottası keçib. Daha sonra isə Həmiltonla Ferstappenin insidentindən yararlanaraq, liderliyə yüksəlib. Yarışboyu birinciliyi qoruyan gənc sürücü sona iki dövrə qalmış Həmiltonu hücumlarına tab gətirə bilməyib və ikinci yerlə razılaşmalı olub.

Şarl Lekler: “Belə halda, xoşbəxt olmaq çətin olsa da, gözəl yarış idi. Əlimdən gələni etdi. Gücümün 100 faizini yox, 200 faizini istifadə etdim, ammma bəs eləmədi. Lyuisi təbrik edirəm. Əla iş gördü. Azarkeşləri görmək gözəl idi. Bolidi sürməkdən həzz aldım, amma sona doğru tempimiz düşmüşdü.

Bunu gözləmirdik. Bilirdik ki, yarış tempimiz yaxşıdır, amma bu qədər də yox. Qələbə üçün mübarizə apardıq və bu, gözəl idi. Medium təkərlə sürətli idik. Daha sonra Hard təkərə keçdik və burada Mercedes-dən geri qalmağa başladıq. Lakin gözlədiyimizdən sürətli idik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*