Rəsmən: Ferrari Ruedanın işini dəyişib

Ferrari komandası baş strateqləri İnaki Ruedanı baş strateq vəzifəsindən azad edib.

F-1.az xatırladır ki, Ferrari komandasının keçən il seçdiyi strategiyalar müzakirə mövzusu olmuşdu. Əsasən Monako, Britaniya və Braziliyadakı səhvlər publikanın qəzəbinə tuş gəlmişdi.

Beləliklə, İnaki Rueda vəzifədən uzaqlaşdırılıb. O artıq körpüsündə yox, komandanın idman şöbəsində işləyəcək.

Onun əvəzinə isə 2016-cı ildən Ferrari-də işləyən və yarış strateji mühəndisi olan Ravin Cayn gələcək. Hindistanlı mühənsdis Oksford universitetinin Fizika fakultəsindən məzun olub və Riyaziyyat və Teoriya üzrə master edib.

Vassyör bundan başqa Loran Mekisin də vəzifələrini təyin edib. Beləliklə, Loren bütün əməliyyat işlərinə baxdığıhalda, Vassyör sürücülərdən, mətbuatdan və sponsorlardan məsul olacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*