15 Noyabr 2019, Cümə - 11:57

S.Fettel: “Təkərləri işlətmək çətin olacaq”

S.Fettel: “Təkərləri işlətmək çətin olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

11:08 - 30 Oktyabr, 2019

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Ostin trasında təkərləri işlətmək çətindir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Amerikada indiyə qədər 1 dəfə qalib gəlib.

Sebastyan Fettel: “Təkərləri işçi rejiminə gətirmək çətindir. Buna görə də cümə günü təkərləri yaxşı anlamaq və yarışa hazırlaşmaq lazımdır. Keçənilki yarış çətin idi. Çünki cümə günü hava pis olmuşdu və işləyə bilməmişdik. Bu il havanın quru olacağı proqnozlaşdırılır. Lakin soyuq olacaq. Burada güclü ola bilərik, ancaq rəqiblərimiz də güclü olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 82
Teqlər , , ,
Paylaş

logo