M.İzola: “Ferrari sürətli görünür”

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, Ferrari testlərdə yaxşı performans göstərib və yeni mövsümə yaxşı başlaya bilər.

F-1.az xatırladır ki, Ferrari testlərdə gözəl performans göstərmişdi və Kimi Rəykkönen 79 saniyənin altına düşən yeganə sürücü olmuşdu. Sebastyan Fettel isə testlərdə ikinci olmuşdu.

Mario İzola: “Keçən il bolidlər döngələrdə müəyyən yüklənməyə məruz qalırdılar. Bu il isə yeni təkərlərə görə döngələrdəki sürətlər artıb və yüklənmə daha da çoxalıb. Sürücülər buna görə daha çox yorulacaqlar və bu, onların səhv etmələrinə səbəb olacaq. Ən stabil sürücü mövsümü ən yaxşı yerdə bitirəcək. Yeni reqlamentdən sonra daha az ötmə görə bilərik, amma ötmələr yüksək səviyyəli olacaq və azarkeşlər də bundan təsirlənəcəklər.

Testlərdəki detalları tam bilmirəm, amma Ferrari çox güclü görünür. Bu il Mercedes ilə mübarizə apara bilərlər. Ümid edirəm ki, gözəl mövsüm olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*