N.Rosberq Formula1-ə qayıtması barədə şayiələri təkzib edib

F-1.az xatırladır ki, Toto Volff Kanada Qran Prisi ərəfisində Nikonun Formula1-ə qayıdacağını istisna etmədiyini, Ferrari-yə gedərsə, təəccüblənməyəcəyini bildirmişdi.

Niko Rosberq: “Xeyr, qayıtmayacam. Karyeramı başa vurmuşam. Mən xoşbəxtəm və əvvəlki nailiyyətlərimlə, uğurlarımla fəxr edirəm – bu daha vacibdir. Lakin hər şey artıq keçmişdə qalıb və mən gələcək haqqında düşünürəm”.

Nikodan Mercedes-dən sürücülərdən birini bir yarışlıq əvəzləmək barədə (Censon Battonun Monakoda Fernando Alonsonu əvəzləməsi kimi) xahiş gələrsə, hansı reaksiyanı verəcəyi soruşulub və cavab belə olub: “Bu barədə heç düşünməmişəm, amma olsaydı, yəqin ki, cavabım mənfi olardı”.

Alman sürücü Formula E barədə də fikrini bildirib: “Formula E? İndi yox, mən özümü başqa sahələrdə yoxlamaq istəyirəm. Amma kim deyə bilər ki, bəlkə gələcəkdə bir gün baş verər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*