Ş.Lekler: Sürətli döngələrdə itiririk

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sürətli döngələrdə çox vaxt itirirlər.

F-1.az xatırladır ki, İtaliya komandası Avstriyadakı cümə sərbəst yürüşlərində çox geridə qalıb.

Şarl Lekler: “Yenidən bolidə oturmaq gözəl hiss olsa da, nəticə bərbad idi. Gözlədiyimiz kimi maşınlar çox yaxın oldu. Bu, çox həyəcan versə də, sıralanma turunda yaxşı pillələr tutmaq istəyirik. Şənbə günü üçün çox işləməli və yaxşı yer tutmalıyıq.

Maşının balansı pis deyil, amma yaxşı da deyil. Buna görə də performansımızı yaxşılaşdırmaq üçün çox işləməliyik. Sürətli döngələrdə çox vaxt itiririk. Ancaq tək problem bu deyil. Bütün paketi yaxşılaşdırmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*