N.Rosberq: Alonso çempion ola bilər

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, Fernando Alonso hələ də çempion ola bilər.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu bu mövsüm ikillik fasilədən sonra yenidən idmana qayıdıb. Əksəriyyət düşünürdü ki, Alonso əvvəlki kimi sürə bilməyəcək, amma ispaniyalı sürücü bu mövsüm əksər yarışlardan xal alıb.

Niko Rosberq: “Alonso ən yaxşı maşınla çempion olar. Esteban Okon yeni dövrün ulduzlarından biridir və Fernando çox gözəl sürür. Alonsonun yenidən güclənməsi gözəldir, çünki o, idman tarixinin ən yaxşı pilotlarından biridir və bu il əla çıxış edir. Onu izləməkdən həzz alıram. Bu hadisəni 41 yaşlı komanda yoldaşım Mixael Şumaxerlə yaşadım. Mixael bir az gec adaptasiya olmuşdu. Artıq yeniliklərə asanlıqla öyrəşə bilmirdi. Alonso isə bunu çox yaxşı bacarır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*