L.Həmilton: “2007-ci ildəki uğursuzluq mənə mübariz olmağı öyrədib”

Lyuis Həmilton bildirib ki, 2007-ci ildə əldən verdiyi çempionluq ona sona qədər mübarizə aparmağı öyrədib...

F-1.az xatırladır ki, mövsümün bitməsinə iki yarış qalıb və Həmilton sürücülər çempionatında birinci yerdəki Rosberqdən 19 xal geridədir.

Amma Həmilton Formula1-də debüt etdiyi 2007-ci ildə son iki yarışa 17 xallıq üstünlüklə girsə də, sonda çempion Rəykkönen olmuşdu.

Lyuis Həmilton: “Yaxşı performans göstərə bilərəm. Boliddə problem yaşamıram və gücümü göstərə bilirəm. Bunu edə bilmək gözəl hissdir. Bütün mövsüm belə hiss etdim. Ancaq hazırda sonda nə olacağını bilmədən mübarizə aparıram. Mənim üçün qeyri-adi ssenaridir.

Sona qədər mübarizə aparacam. Bəlkə sonda məyus olaram, ancaq bəlkə də hər şey mükəmməl olacaq. Bir onu bilirəm ki, debüt etdiyim 2007-ci ilin sonunda hər şey dəyişdi. Buna görə təslim olmayacam”.

Rosberq Braziliyadakı son iki yarışı qazandığı halda, Həmiltonun hələ də burada qələbəsi yoxdur.

Lyuis Həmilton: “Hazırda çempionata fokuslanmışam. Ən yaxşı performansımı göstərsəm, Meksikadakı kimi qalib gələ bilərəm. Bunu etməliyəm.

Braziliyada hələ də qalib gəlməmişəm. Buna görə də Meksikadakı kimi olacam”.

Həmilton jurnalistlərin “uduzmağa hazırsınız?” sualına cavab verib: “Uduzmağa necə hazırlaşırsınız bilmirəm. Uduzmağa hazırlaşa bilməzsiniz.

Bu hal ilə əvvəllər də rastlaşmışam. 2007-ci ildə də uduzdum və o vaxtkı kimi ağrılı olmayacağını bilirəm. Karyeram ərzində çox yarışlar və çempionluqlar itirdim. Bu rastlaşmadığım hal deyil. Hazırda uduzmaq ehtimalım daha çoxdur. Bunu qəbul etmək çətin olsa da, vəziyyət belədir. Onsuz da 3 çempionluğum var. Ümid edirəm ki, gələn il etibarlılıq problemi yaşamaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*