F.Briatore: “Alonso Mercedes-ə keçməyəcək”

Flavio Briatore bildirib ki, Fernando Alonso gələn il Mercedes-də yarışmayacaq.

F-1.az xatırladır ki, Flavio Briatore və Fernando Alonso yaxın dostdurlar və italiyalı Alonsonun 2015-ci ildə McLaren-ə transfer olunmasında böyük rol oynamışdı.

Niko Rosberq təqaüdə çıxdıqdan sonra son üç ildə hegemonluq edən Mercedes-in bir yeri boşdur və bu yer üçün Alonsonun adı daha çox hallanır.

Flavio Briatore: “Alonso 2017-ci ildə Mercedes-də yarışmayacaq. Peletondakı ən yaxşı yerlər boşalanda insanların Fernandonu axtardığını qəbul edirəm. Amma hazırda müqaviləmiz var və buna hörmət etməliyik.

2014-cü ildə Luka di Montedzemolo ilə “əgər Alonso çempion ola bilməsə, başqa komandaya gedəcək” müqaviləsi bağladıq. Luka sözünün üstündə durdu. O vaxtı Marko Matiaççi bizə üçillik müqavilə təklif etsə də, biz rədd etdik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*