19 Avqust 2019, Bazar ertəsi - 00:16

T.Volff: “Massanın müqaviləsini Mercedes ödədi”

T.Volff: “Massanın müqaviləsini Mercedes ödədi”

Müəllif: Rauf Hacıyev, redaktor

09:19 - 19 Yanvar, 2017

Mercedes Motorsport-un rəhbəri Toto volff bildirib ki, Bottasa güvənir, amma 2018-ci il üçün sürücü bazarındakı digər alternativləri dəyərləndirmək istəyir.

F-1.az xatırladır ki, ilin sonunda Fettelin, Alonsonun, Saynsın və Rəykkönenin komandaları olan müqavilələri sona çatacaq. Buna görə də Mercedes Bottasla birillik müqavilə bağlayıb.

Toto Volff
: “Əgər onun istedadına şübhəmiz olsaydı, Valtterini transfer etməzdik. Amma hazırda sürücü bazarında qarışıqlıq var. Gələn il üçün Sebastyan, Fernando və Valtteri kimi alternativlər çoxdur.

Valtteriyə inanırıq və güvənirik. O uzun illər bizimlə qala bilər. Görək nə olur”.

Toto Volff bildirib ki, Massanın maaşınım bir hissəsini Mercedes verib: “Bəzən istədiyinizi almaq üçün xərc çəkməlisiniz. Kler atası kimi çox istedadlı rəhbərdir, alver etməyi də atasından öyrənib. Sadəcə iş barədə danışmadıq. Məsələn, Williams komandasının təcrübəli sürücüyə ehtiyacı var idi və Massa qayıtmalı idi. Felipenin qayıtması üçün maddi cəhətdən kömək etdik. İndi hamımız xoşbəxtik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 794
Teqlər , , , , , , , , ,
Paylaş

logo