Z.Braun: “Pis çıxışa görə sponsor tapa bilmirik”

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Formula1 komandasının yaşadığı problemlər sponsorlarla aparılan danışıqlara mənfi təsir göstərir.

F-1.az xatırladır ki, McLaren komandası 2013-cü ildə Vodafone şirkəti ilə yollarını ayırdıqdan sonra hələ də titul sponsoru tapa bilməyib. Qeyd edək ki, britaniyalılar 2018-ci il və sonrası üçün böyük şirkətlərlə danışıqlar aparsalar da, komandanın hazırkı vəziyyəti ürəkaçan deyil.

McLaren komandası sonuncu qələbəsini 2012-ci ildə Braziliyada, sonuncu podiumunu isə 2014-cü ildə Avstraliyada qazanıb. “Narıncılar” bu mövsümün ilk yarışı Avstraliyadan isə xalsız ayrılmışdılar.

Zek Braun: “Əlbəttə, hazırkı nəticələr sponsor danışıqlarına mənfi təsir göstərir, ancaq danışıqlarda tək mövzu bu deyil. McLaren avtomobil istehsalçısıdır və əlimizdə ciddi texnologiya var. İstehsal etdiyimiz avtomobillər dünyanın əksər ölkələrində yarışır. Uzunmüddətli müqavilə bağlayanda bütün bunlar diqqətə alınır. Əlbəttə istəyərəm ki, yarış qazanaq, çünki bu hal mənim işimi asanlaşdırar. Amma gələn ilə titul sponsoru tapa bilməsək, səbəb kimi bunu göstərə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*