F.Briatore: “Formula1 mühəndislər üçün Playstation oyunudur”

Renault komandasının keçmiş rəhbəri Flavio Briatore bildirib ki, o, Formula1-in köhnə vaxtları üçün darıxıb...

F-1.az xatırladır ki, Flavio Briatore Renault komandası ilə 2005-ci və 2006-cı illərdə Dünya Çempionu titullarını qazanıb. Ümumilikdə isə, italiyalı karyerası ərzində Mixail Şumaxer, Fernando Alonso və Censon Batton kimi sürücülərlə işləyib.

Briatore Formula1-in hazırkı vəziyyətindən heç də razı deyil: “Heyf ki, biz Formula1-i itirdik. Formula1-in köhnə vaxtları üçün çox darıxıram.

Vaxtında biz (Renault komandası) çox güclü idik və bu FİA-nın xoşuna gəlmirdi. Bizim güclü olmağımıza baxmayaraq, Formula1 əvvəllər olduğu kimi daha güclü idi.

İnsanlar artıq Formula1-in mühəndislər üçün Playstation oyunu olduğunu düşünür. Artıq Formula1 onlara maraqlı gəlmir və yarışlara baxmırlar.

Belə heç nəyə nail ola bilməzsiniz. Əgər düz yolu seçsəniz, hələ də şansınız var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*