F.Briatore: “Ferrari işləmir, ancaq danışır”

Renault komandasının sabiq rəhbəri Flavio Briatore Ferrari-nin mövsümün əvvəlində verdiyi açıqlamaları tənqid edib...

F-1.az xatırladır ki, Markionne mövsümün əvvəlində Ferrari-nin çempion olacağını bildirmişdi və hətta əlavə etmişdi ki, onlar Avstraliya yarışının qalibi olacaqlar. Amma Avstraliyada Mercedes qalib gəlmişdi, Ferrari isə ilk 8 yarışda hələ də qələbə üzünə həsrət qalıb.

Briatore düşünür ki, Mercedes ilə Ferrari arasındakı fərq heç bağlanmayıb: “Çempionluq danışmaqla qazanılmır, Mercedes kimi işləyərək qazanılır. Mercedes-in üstünlüyü çox böyükdür. Ferrari-nin Bakıda bəxti gətirdi. Həmilton problem yaşamasaydı, ikinci yeri tutardı. Ferrari ikinciliyi itirməmək üçün diqqətli olmalıdır. Peres Red Bull komandası kimi çox sürətli idi. Keçən ildən bəri heç bir şey dəyişilməyib. Mercedes və Ferrari arasında ən az 1 saniyə fərq var”.

Briatore bildirib ki, Maranello Ferrari-nin mənfi cəhətlərindən biridir: “Onlar gərək İtaliyadan ayrılsınlar. İngiltərədə yaşayan adam Maranello barədə düşünmür. Məsləhət görürəm ki, İngiltərədə texnologiya şöbəsi açsınlar. Formula1-də heç bir şey möcüzə hesabına baş vermir. İngiltərədə 60 km sahədə 10 komandanın bazası yerləşir. Mercedes alman komandası olmasına baxmayaraq, bazasını orada qurub. Şampan istehsal etmək istəyirsinizsə, Fransa daha yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*