Almaniya-2019: İkinci sərbəst yürüşlər

İkinci sessiyada asfalt həddindən artıq isti olub. Həftəsonu boyunca isə temperatur aşağı düşəcək. Komandalar şərait çox dəyişəcəyindən ənənəvi təkərlərin aşınmasını dəyərləndirmək üçün olan proqramlarını yerinə yetirə bilməyiblər.

F-1.az bildirir ki, Hülkenberq maşının əyləcləri, Kubitsa isə maşının konfiqurasiyası dəyişdirildiyi üçün sessiyaya gec başlayıblar. Ferstappen də ilk 20 dəqiqəni boksda keçirib. Niko pit yolunun çıxışında start prosedurlarını simulyasiya edərkən ötürmələr qutusunda problem yaşayıb və mexaniklər onun maşınını boksa qaytarıblar.

73-cü dəqiqədə sessiya qırmızı bayraqlarla dayandırılıb – Qasli çox ciddi qəza edib. Sürücü zədələnməyib, lakin dərhal tibbi mərkəzə göndərilib. Qəza zamanı onun üzərinə düşən təzyiq 10G olub. 8 dəqiqəlik fasilədən sonra sürücülər işlərini davam etdiriblər.

Sessiyanın sonlarında Qrojan güc qurğusunun problemi ilə qarşılaşıb, lakin maşını boksa çatdıra bilib.

Protokollara bu dəfə Şarl Lekler başçılıq edib – 1:13.449. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:13.449 33
2 5 Sebastyan Fettel Ferrari 1:13.573 + 0:00.124 30
3 44 Lyuis Həmilton Mercedes AMG 1:13.595 + 0:00.146 30
4 77 Valtteri Bottas Mercedes AMG 1:14.111 + 0:00.662 30
5 33 Maks Ferstappen Red Bull 1:14.133 + 0:00.684 23
6 8 Roman Qrojan Haas 1:14.179 + 0:00.730 33
7 18 Ləns Stroll Racing Point 1:14.268 + 0:00.819 32
8 7 Kimi Rəykkönen Alfa Romeo 1:14.458 + 0:01.009 33
9 27 Niko Hülkenberq Renault 1:14.472 + 0:01.023 26
10 11 Serxio Peres Racing Point 1:14.518 + 0:01.069 30
11 55 Karlos Sayns McLaren 1:14.662 + 0:01.213 34
12 26 Daniil Kvyat Toro Rosso 1:14.800 + 0:01.351 39
13 3 Daniel Rikkardo Renault 1:15.010 + 0:01.561 33
14 23 Aleksander Elbon Toro Rosso 1:15.062 + 0:01.613 36
15 10 Pyer Qasli Red Bull 1:15.089 + 0:01.640 19
16 4 Lando Norris McLaren 1:15.247 + 0:01.798 29
17 99 Antonio Covinatsi Alfa Romeo 1:15.406 + 0:01.957 31
18 20 Kevin Maqnussen Haas 1:15.470 + 0:02.021 28
19 63 Corc Rassell Williams 1:16.900 + 0:03.451 27
20 88 Robert Kubitsa Williams 1:16.980 + 0:03.531 26
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*