M.Arrivabene: “İndidən gələn ilə fokuslanmaq dəlilik olar”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, builki inkişafı donduraraq, 2017-ci ilə fokuslanmaq dəlilik olar.

F-1.az xatırladır ki, Ferrari builki 8 yarışın 7-də podiuma çıxsa da, hələ də qələbə qazana bilməyib. 2017-ci ildə qaydalarda böyük ölçüdə dəyişikliklər ediləcək və buna görə də, yeni bolid üzərində işləmək komandalara əlavə üstünlük qazandıra bilər.

Mauritsio Arrivabene: “Hazırkı vəziyyətə baxsaq, görərik ki, Mercedes ilə aramızda fərq var, amma çox geri qalmırıq. Gələn il barədə danışmaq dəlilik olar. Bu ilə fokuslanmalıyıq. Zəif olduğumuz hər sahəyə fokuslanırıq və inkişaf etməyə çalışırıq. Hazırda əsas bu işlə məşğuluq”.

Ferrari mühərriyi inkişaf etdirmək üçün 32 şərti baldan 28-ni istifadə edib və hazırda 4 şərti balları qalıb. Arrivabene mühərriyin inkişafından razıdır, ancaq son zamanlar yaşadıqları sazlanma problemlərini geridə qoymalıdırlar: “Kanadada mühərriyimizin güclü tərəflərini gördük. Digər sahələrdə işləməliyik, çünki bu bolid göstərdiyi sazlanma dəyişikliyinə qarşı çox həssasdır. Yarış tempimiz güclü idi. Bakı həftəsonunda çox işlədik və hər şey daha yaxşı idi. Hələki, ən yaxşı deyilik, ancaq tək problemim budur. Çünki Bakıda hər iki sürücümüz də əla yarışdı. Bolid inkişaf etməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*