B.Ekklstoun Həmiltonu müdafiə edib

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, tənqidlər Lyuis Həmiltonu idmandan uzaqlaşdıra bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü karyerası ərzində 53 yarış qazanıb və bu statistikaya görə yalnız 91 qələbə qazanmış Mixael Şumaxerdən geri qalır.

Amma britaniyalı sürücü səyahət etməyi, dostları ilə vaxt keçirməyi və müxtəlif tədbirlərdə əylənməyi sevdiyi üçün Formula1 dünyası tərəfindən davamlı tənqid edilir.

Berni Ekklstoun: “Mən qorxuram ki, Lyuis bir gün öz-özünə “bu qədər tənqid olunduğum bir yerdə niyə qalıram ki?” sualını versin. Əksər yarışları pouldan başlayıb qazanmasına baxmayaraq, tənqid olunursa, narahat olması başa düşüləndir. Amma ümid edirəm ki, qorxduğum kimi olmaz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*