19 İyun 2019, Çərşənbə - 11:35

Forbes: F.Alonso Formula1-in ən bahalı sürücüsüdür

Forbes: F.Alonso Formula1-in ən bahalı sürücüsüdür

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:24 - 17 İyun, 2013

Nüfuzlu Forbes dərgisinin analitikləri dünyanın ən bahalı yüz idmançısının siyahısını tərtib ediblər. Formula1-in sürücüləri arasında ən yüksək gəlir Fernando Alonsoya […]

Nüfuzlu Forbes dərgisinin analitikləri dünyanın ən bahalı yüz idmançısının siyahısını tərtib ediblər. Formula1-in sürücüləri arasında ən yüksək gəlir Fernando Alonsoya məxsusdur – ispaniyalı sürücü ümumi reytinqdə 19-cu yeri tutub.

Arxada qoyduğumuz ildə Ferrari-nin sürücüsü 30 milyon dollar qazanıb – bu məbləğin 2 milyon dollarını Alonso reklam müqavilələrindən əldə edib. İkinci ən yüksəkgəlirli sürücü isə Lyuis Həmilton olub. Britaniyalı sürücü keçən il McLaren-də 27.5 milyon dollar qazanaraq, ümumi siyahıda 26-cı olub. Son üç ilin dünya çempionu Sebastyan Fettel 18 milyon dollar gəlirlə 89-cu yeri tutub. Formula1-in digər sürücüləri Forbes-ın siyahısına düşə bilməyiblər.

Dünyanın ən bahalı idmançısı isə Tayqer Vudsdur, keçən il qolf ustası 78.1 milyon dollar qazanıb, tennisçi Rocer Federer ikinci (71.5 milyon dollar), basketbolçu Kobi Brayant isə üçüncü (61.9 milyon dollar) olublar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 346
Teqlər , , , , , , , , ,
Paylaş

logo