Portuqaliya-2021: İkinci sərbəst yürüşlər

İkinci məşqlərin startı 12-ci döngədəki drenaj sistemində yaranan problemə görə 10 dəqiqə təxirə salınıb. Keçən il də sıralanma turu bənzər problem ucbatından yarım saat gec başlamışdı.

F-1.az bildirir ki, sürücülər ilk sessiyada işlətmədikləri Medium təkərlərlə sessiyaya başlayıblar, lakin sonra yumşaq təkərlərə keçiblər. Hard tərkibləri burada istifadə etmək çox çətindir.

Ferstappen əyləc problrmlərindən şikayətlənib və boksa qayıdıb. Nasazlıq dəqiqələr ərzində aradan qaldırılıb və Maks yenidən proqramını davam etdirib. Rəykkönen də nasazlıqlara görə maşını mexaniklərə təhvil verib, lakin bu fasilə də az çəkib.

Bu dəfə də trasın hüdudları icazə verilməyən yerlərdə pozulduğu üçün xeyli nətciələr ləğv edilib. Bu dəfə Lyuis Həmilton hamıdan sürətli olub – 1:19.837. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:19.837 33
2 33 Maks Ferstappen Red Bull 1:19.980 + 0:00.143 26
3 77 Valtteri Bottas Mercedes AMG 1:20.181 + 0:00.344 28
4 55 Karlos Sayns Ferrari 1:20.197 + 0:00.360 33
5 14 Fernando Alonso Alpine 1:20.220 + 0:00.383 31
6 31 Esteban Okon Alpine 1:20.235 + 0:00.398 31
7 16 Şarl Lekler Ferrari 1:20.360 + 0:00.523 33
8 3 Daniel Rikkardo McLaren 1:20.418 + 0:00.581 30
9 18 Ləns Stroll Aston Martin 1:20.427 + 0:00.590 31
10 11 Serxio Peres Red Bull 1:20.516 + 0:00.679 28
11 10 Pyer Qasli AlphaTauri 1:20.558 + 0:00.721 34
12 4 Lando Norris McLaren 1:20.757 + 0:00.920 28
13 63 Corc Rassell Williams 1:20.976 + 0:01.139 32
14 22 Yuki Tsunoda AlphaTauri 1:21.053 + 0:01.216 33
15 5 Sebastyan Fettel Aston Martin 1:21.074 + 0:01.237 32
16 7 Kimi Rəykkönen Alfa Romeo 1:21.225 + 0:01.388 22
17 99 Antonio Covinatsi Alfa Romeo 1:21.238 + 0:01.401 32
18 47 Mik Şumaxer Haas 1:21.537 + 0:01.700 29
19 6 Nikolas Latifi Williams 1:21.855 + 0:02.018 31
20 9 Nikita Mazepin Haas 1:22.638 + 0:02.801 28
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*