18 Sentyabr 2019, Çərşənbə - 05:06

Esteban Okon 2 komanda ilə test edəcək

Esteban Okon 2 komanda ilə test edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

08:54 - 11 May, 2016

Esteban Okon gələn həftə Barselonada keçiriləcək mövsümiçi testlərdə Mercedes-in sükanı arxasına keçəcək…

F-1.az xatırladır ki, fransalı sürücü Mercedes-in gənc sürücülər proqramının üzvüdür və bu ilin əvvəlində Renault komandasının inkişafına kömək etmək üçün, fransızların test sürücüsü seçilmişdi.

Qeyd edək ki, Okon İspaniyadakı birinci sərbəst yürüşlərdə Renault ilə trasa çıxacaq və eyni zamanda testlərin birinci günündə Renault-nun sükanı arxasına keçəcək.

Mercedes komandasının verdiyi açıqlamaya əsasən, Okon testlərin ikinci günündə Mercedes komandasında Niko Rosberqi əvəz edəcək və beləliklə, həm Renault ilə, həm də Mercedes ilə test etmiş olacaq.

Amma Okon mövsümiçi testlərdə çıxış edəcək yeganə gənc sürücü olmayacaq.

Williams komandasında Aleks Lin testlərin açılış günündə sükan arxasına keçəcək və Felipe Massadan əvvəl bolidi test edəcək.

Force İndia komandasında isə Alfonso Seliş 2 gün boyunca test edəcək. McLaren komandasında isə testlərin ilk günündə Censon Batton, ikinci günündə Stoffel Vandorn trasa çıxacaq.

Sauber komandası yeganə komandadır ki, testlərdə iştirak etməyəcək, çünki isveçrəlilərin yeniliyi və gənc sürücüləri yoxdur.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 620
Teqlər , , , , , , , ,
Paylaş

logo