C.Rassell: Hədəf çempionluqdur

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, 2023-cü ildəki hədəfi Dünya Çempionluğudur.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu il Mercedes-ə yeganə qələbəni qazandırıb və yeddiqat Dünya Çempionu olmuş komanda yoldaşı Həmiltonu məğlub edib.

Corcun növbəti hədəfi isə çempionluqdur: “Bazada hamı çox işləyir. Keçənmövsümkü inkişafımız həyəcanverici idi. İndi isə bu inkişafı təkrarlayıb, Dünya Çempionu olmaq istəyirik. Hamı çox işləyir. Ümid edirəm ki, Bəhreyndəki yarışa güclü formada qayıdacağıq”.

,