N.Lauda Ferstappeni bəyənir

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Maks Ferstappen gənc sürücülərin arasında ən istedlısıdır.

F-1.az xatırladır ki, hollandoyalı son 5 yarışın 2-də qalib gəlib.

Niki Lauda: “Avtoidmanın bir neçə sahəsini izləyirəm və rahatlıqla deyə bilərəm ki, Maks gördüyüm ən istedadlı sürücüdür. Hələ 20 yaşı olsa da, çox yaxşı performans göstərir. Çox aqressivdir, amma bunu doğru formada istifadə etməyi öyrənəndə çox güclü olacaq. Bəzən səhvlər edir və bu labüddür. Peletondakı ən təcrübəli sürücülər də səhvlər edirlər. Maks gələcəyin ən böyük favoriti olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*