K.Horner: “İki yarışdan sonra qələbə qazanacağıq”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Ferrari çox inkişaf edib, amma Mercedes-dən çox öndə deyil.

F-1.az xatırladır ki, Red Bull komandası Avstraliyada ən sürətli üçüncü komanda təəssüratı yaradıb. Ferstappen yarış ərzində Rəykköneni keçməyə yaxın olsa da, əyləc problemlərinə görə geri çəkilməli olmuşdu.

Kristian Horner: “Qısa müddət ərzində özümüzü inkişaf etdirmək istəyirik. Hazırda ən sürətli üçüncü komandayıq, amma növbəti iki yarışda bu fərqi bağlayacağıq. Melburnda yenə də gördük ki, Ferrari gözəl iş görüb. Bəlkə də çox sürətli bolidləri var və Mercedes keçənilki kimi hegemon deyil. Dövrədə yarım saniyə təkmilləşsək, qələbə uğrunda mübarizə apara bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*