Emiliya Romanya-2022: İkinci sərbəst yürüşlər

Sprint yarışı olan həftəsonnu formatında cəmi məşq sessiyası olur ki, bunlardan ikincisi sıralanma turundan sonra baş tutur. Qapalı park rejimində olan maşınlarla işləmək böyük əhəmiyyət daşımır, görünür, bu addım bilet alan azarkeşlərin şənbə günü cəmi yarım saatlıq yarışla kifayətlənməmələri üçün atılıb.

F-1.az bildirir ki, bu gün hava dünənkindən isti olub.  Bu da nəticələrə müsbət təsir göstərib. Mexaniklər sessiyanın əvvəlindən etibarən Rikkardonun maşınını söküblər. Buna səbəb telemetriyada aşkarlanan problem olub. Daniel bu sessiyanı buraxmalı olub. Digər McLaren maşınında isə əyləc problemi yaşanıb – Lando 3 dövrə vurduqdan sonra boksa qayıdıb, lakin o daha sonra yenidən trasa çıxa bilib.

Sessiyanı boksda keçirən digər sürücü isə Bottas olub. Komanda onun sıralanma turunda dayanmasına səbəb olan nasazlıq üzərində işləyib və ümid edirlər ki, sprint yarışına qədər maşın tam hazır olacaq.

Sürücülər qəza etməmək üçün ehtiyatlı davranıblar və yanız təkərlərin aşınmasını qiymətləndirə biliblər. İkinci sərvəst yürüşlər bu həftəsonu qırmızı bayraqlarla dayandırılmayan ilk sesiya olub. Protokollara Corc Rassell başçılıq edib – 1:19.457.

Bizi bu gün olduqca maraqlı sprint yarışı gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 63 Corc Rassell Mercedes 1:19.457 32
2 11 Serxio Peres Red Bull 1:19.538 + 0:0.081 33
3 16 Şarl Lekler Ferrari 1:19.740 + 0:0.283 35
4 44 Lyuis Həmilton Mercedes 1:19.992 + 0:0.535 34
5 14 Fernando Alonso Alpine 1:20.174 + 0:0.717 29
6 55 Karlos Sayns Ferrari 1:20.258 + 0:0.801 31
7 1 Maks Ferstappen Red Bull 1:20.371 + 0:0.914 36
8 22 Yuki Tsunoda AlphaTauri 1:20.381 + 0:0.924 35
9 10 Pyer Qasli AlphaTauri 1:20.439 + 0:0.982 37
10 24 Quanyu Çjou Alfa Romeo 1:20.498 + 0:1.041 32
11 23 Aleksander Elbon Williams 1:20.591 + 0:1.134 34
12 20 Kevin Maqnussen Haas 1:20.740 + 0:1.283 30
13 47 Mik Şumaxer Haas 1:20.977 + 0:1.520 29
14 18 Ləns Stroll Aston Martin 1:21.149 + 0:1.692 38
15 5 Sebastyan Fettel Aston Martin 1:21.155 + 0:1.698 38
16 31 Esteban Okon Alpine 1:21.179 + 0:1.722 30
17 6 Nikolas Latifi Williams 1:21.263 + 0:1.806 31
18 4 Lando Norris McLaren 1:23.821 + 0:4.364 6
19 3 Daniel Rikkardo McLaren 0
20 77 Valtteri Bottas Alfa Romeo 0
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*