N.Rosberq: “Ferstappenlə təmasdan sonra qorxdum”

Niko Rosberq Meksika yarışının ilk dövrəsində Fersrappenlə yaşadığı təmasdan sonra yarışxarici qalmaqdan qorxub...

F-1.az xatırladır ki, Ferstappen yarışın startında ikinci yer uğrunda mübarizə apararkən, Rosberqlə təmas yaşamışdı və almaniyalı trası kəsməli olmuşdu.

Niko Rosberq: “Həddini aşdı. Təkərləri bloklandı və döngəni geniş götürdü. Məni də trasdan itələdi. Çox böyük zərbə idi. Televizordan baxanda elə də ciddi şeyə oxşamır, amma sərt zərbə idi.

Öz-özümə “bolid əldən getdi” dedim. Təmasdan sonra bolidin idarəetməsi çətinləşdi. Cəza alıb-almamasına qərar vermək mənim işim deyil. Nəticədə cəza verilmədi. Mən bunu qəbul edirəm”.

Red Bull komandasının rəhbəri Kristian Horner isə Ferstappeni müdafiə edib: “Bir boşluq gördü və bunu dəyərləndirmək istədi. Buna görə də o, həyəcanverici sürücüdür. Ferstappen Nikonun çempion olub-olmaması ilə maraqlanmır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*