T.Volff Rosberqin qərarına heyran qalıb

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Niko Rosberqin qərarına həmişə hörmət edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2016-cı ildə Dünya Çempionu olduqdan sonra gözlənilmədən istefa vermiş və karyerasını bitirmişdi.

Toto Volff: “Onun qərarına həmişə heyran qaldım, çünki o düşünürdü ki, artıq getmək lazımdır. O, düşünürdü ki, artıq hədəfinə çatıb və onun hədəfi Dünya Çempionu olmaq idi. Bəzən özünüzə qulaq asmalısınız”.

, ,