T.Volff: “Bakıda sürət vacib deyil”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bakıda yaxşı nəticə almaq üçün problemlərdən qaçmaq lazımdır.

F-1.az xatırladır ki, Mercedes komandası Bakı Şəhər Halqası trasında ən çox lider gedən və ən çox yarış qazanan komandadır. Bu il də ilk 3 yarışda qələbə dublu etmiş “gümüşü oxlar” uğurlu seriyasına paytaxtımızda davam etmək istəyirlər.

Toto Volff: “İlk 3 yarışda üç qələbə dublu qazanmaq əladır. Bolidimiz həmişə sürətli olmasa da, fürsətlərdən maksimum istifadə edə bildik. Komanda çox yaxşı iş gördü və həmişə yaxşı çalışdı. Çindəki cüt pit-stop səviyyəmizin göstəricisi idi. Amma son həddə sürməliyik. Növbədə daha əvvəl əyləncəli yarışlara səhnə olan Azərbaycan yarışıdır. Bu il də əyləncəli yarış gözləyirəm. Burada komandalar uzun düzlüklərlə yavaş döngələr arasında sazlanma tapmaqda çətinlik çəkirlər. Bakıda performans əsas deyil. Problemlərdən uzaq durmaq uğurun əsas açarıdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*